Aqil Abbas: “Niyə indiyə qədər Şah İsmayıl haqqında film çəkilməyib?”

Hazırda oxunan: Aqil Abbas: “Niyə indiyə qədər Şah İsmayıl haqqında film çəkilməyib?”

598614

“Kino mədəniyyətimizdə çox böyük rol oynayır. Film vacib bir sahədir. Türkiyə indi filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilir, eləcə də başqa ölkələr. Çox təəssüf ki, bizdə film çəkmək yalnız Mədəniyyət Nazirliyinin üzərinə düşür. Amma ölkədə bu qədər təşkilat, holdinqlər var. Futbola yardım edirlər, amma film çəkilişinə sponsorluq eləmirlər. Rusiyada filmlərin çoxunu nazirliklər çəkir. Niyə bizim şirkətlər, sponsorlar film çəkmirlər? Filmdən böyük təbliğat yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bugünkü plenar iclasında “Kinematoqrafiya haqqında” Qanunun müzakirəsi zamanı deyib.

“Niyə indiyə qədər tarixi şəxsiyyətlər, Şah İsmayıl, Qacarlar haqqında film çəkilməyib? Filmlərin çəkilməməsinin səbəbi sponsor tapılmamasıdır.

Mən də istəyirəm ki, bizim də filmlərimiz dünyaya çıxsın, yaxşı filmlərimiz var, çəkirlər” – deyə o qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə münasibət bildiriərək bunları deyib:

“Bu, üçüncü oxunuşdur, bunları birinci oxunuşda deyərdiniz. Axı üçüncü oxunuşun öz tələbləri var. Siz deyirsiniz ki, hansısa ölkədə, Rusiyada nazirliklər də film çəkirlər. Rusiya Azərbaycan deyil, Azərbaycan Respublikasının öz qanunları var. Xahiş edirəm ki, heç bir müqayisə aparmayın. Bir də siz dedikləriniz müzakirə etdiyimiz qanunun predmetinə uyğun gəldimi? Ümumi danışmaq istəyirsinizsə, çıxış edin, məqalə yazın".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin