“Kurtlar Vadisi”nin rejissoru Vətən müharibəsi haqqında film çəkəcək - FOTO

Hazırda oxunan: “Kurtlar Vadisi”nin rejissoru Vətən müharibəsi haqqında film çəkəcək - FOTO

0:00
0:00
59699

Nizami Kino Mərkəzində Türkiyənin ölkəmizdə səfərdə olan kinematoqrafçılar heyətinin mətbuat konfransı keçirilib. 

Bizim.Media xəbər verir ki, mətbuat konfransında “Eslem Film” şirkətinin rəhbəri Metin Yücel, “Asmalı Konak”, “Kurtlar Vadisi Pusu” kimi serialların rejissoru Selahattin Sancaklı, “Kurtlar Vadisi Pusu” filmində Yasin obrazını canlandıran Ertuğrul Şakar, prodüser Yalçın Çoban iştirak edib. 

Metin Yücel media nümayəndələrinin diqqətinə çatdırıb ki, yaxın zamanda Azərbaycan kinematoqrafçıları ilə birlikdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Şuşadan bəhs edən filmin çəkilişlərinin başlanması nəzərdə tutulub.

Müştərək filmin heyətinin yarısını Azərbaycan, yarısını da Türkiyə kino sənətçiləri təşkil edəcəklər. 

Filmdə əsas məqsəd Azərbaycanı və ölkəmizin tarixi Zəfərlə başa çatan Vətən müharibəsini dünyaya tanımaq, eyni zamanda, otuz il doğma torpaq həsrətində olan azərbaycanlıların yurd, vətən nisgilini göstərməkdir. Filmin çəkilişləri Qarabağla yanaşı, müxtəlif bölgələrimizdə də aparılacaq. 

Rejissor Selahattin Sancaklı film layihəsinin əsas hekayəsinin Şuşa üzərində qurulacağını deyib:

“Qarabağ savaşının hər mərhələsi nə qədər çətin olsa da, Şuşanın alınması və Şuşa döyüşləri bu müharibənin ən çətin mərhələsi olub”. Onun sözlərinə görə, layihənin davamı kimi serial çəkilişi də nəzərdə tutulub. Aktyor Ertuğrul Şakar filmin bütün türk dünyası üçün əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə, Şuşa və Qarabağ savaşının filmlə dünyaya təqdimatına ehtiyac var. 

Aktyor seçimlərinin hələ başlanmadığını qeyd edən prodüser Yalçın Çoban təşkilati işlər bitdikdən sonra kastinqlərin keçiriləcəyini bildirib. 

Yaradıcı heyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə görüş keçirildiyini də deyib.

Layihənin büdcəsi və ssenarisi haqqında suallara cavabında heyət üzvləri bildiriblər ki, nazirlik və əlaqədar təşkilatlarla müvafiq razılıq əldə ediləndən sonra bu barədə konkret danışmaq olar. 
Yaradıcı heyət ötən il Azərbaycanda polis işini təcəssüm etdirən filmi lentə aldığını və yaxın vaxtlarda təqdimatının keçiriləcəyini də diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycana birgə əməkdaşlıqla bağlı ümumilikdə 8 layihə ilə gəliblər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin