Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor TƏYİN OLUNDU

Hazırda oxunan: Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor TƏYİN OLUNDU

596622

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.
 

Bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.


Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin