Türk kinosunun klassiklərindən olan “Arım balım peteğim” ilə Hollivud istehsalı “Mister və missiz Smit” arasında maraqlı oxşarlıqlar ortaya çıxıb.
Hər iki ekran işində obrazların bir-birinə bənzərliyi, həmçinin süjet daxilində yer alan tanqo səhnələrinin üslub yaxınlığını göstərir.
Bu paralellər və aktyorların bənzərliyi təsadüfdürmü, yoxsa Hollivud bu gözəl cütlükdən ilhamlanıb, demək çətindir.
Xatırladaq ki, “Arım balım peteğim” filmi 1970-ci ildə çəkilib. Baş rollarda Türkiyənin məşhur aktyorları Türkan Şoray və Cüneyt Arkın rol alıb. Yeri gəlmişkən film “Günortadan sora eşq” (1957) Hollivud filminin türk versiyasıdır. Bu romantik komediya 1920-ci ildə yazılmış roman əsasında ekranlaşdırılıb.
“Mister və missiz Smit” filmi isə 2005-ci ildə çəkilib. Məhz, həmin filmdən sonra Bred Pit və Anjelina Coli sevgili olmuş, 8 ildən sonra evlənmişdilər.
Şəfiqə Şəfa, Bizim.Media






























































































