Emin Ağalarov “Maybe Tomorrow” adlı layihəsini təqdim etdi – VİDEO

Hazırda oxunan: Emin Ağalarov “Maybe Tomorrow” adlı layihəsini təqdim etdi – VİDEO

593202

Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN) 2026-cı ilin martında çıxacaq İngiliscə “Maybe Tomorrow” albomundan ilk rəsmi mahnısını təqdim edib. Bu layihə üzərində o, əfsanəvi prodüser David Foster ilə əməkdaşlıq edib,

Bizim.Media xəbər verir ki, məlumatı musiqiçinin mətbuat xidməti yayıb.
 

Albomun trekləri arasında dünya hitlərinin 12 coveri yer alır, o cümlədən You Are So Beautiful, It's Impossible, Love Story və uzun illər boyu xalq tərəfindən tanınmış və sevilmiş sənətçilərlə duetlər: Amanda Holden, Andrea Corr, Richard Marx və Sheila E. Albom artıq bu linkdən dinlənilə bilər: //bnd.lc/smthnstupid


“Somethin' Stupid” mahnısı isə britaniyalı aktrisa və müğənni Amanda Holden ilə duetdir. Sənətçilər dünya klassikasının hitini müasir tərzdə ifa ediblər. Mahnını məşhur edən Frank və Nancy Sinatra olub, sonradan isə Robbie Williams və Nicole Kidman versiyasında yenidən populyarlaşıb.

EMIN və Amanda Holdenin ifasında “Somethin Stupid” romantik atmosferi saxlayaraq, müasir musiqi elementləri ilə zənginləşdirilib və dinləyicilərə tanış melodiyaya yeni baxış təqdim edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin