Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqları” konserti keçirilir - FOTO

Hazırda oxunan: Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqları” konserti keçirilir - FOTO

592193

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Milli musiqi kimliyimiz” layihəsi çərçivəsində “Qərbi Azərbaycan aşıqları” adlı konsert proqramı keçirilir.

Bizim.Media xəbər verir ki, konsert proqramının əsas məqsədi Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eləcə də milli musiqi kimliyimizin ayrılmaz tərkib hissəsi olan aşıq sənətinin geniş ictimaiyyətə daha dolğun şəkildə təqdim edilməsidir.

Layihə çərçivəsində Qərbi Azərbaycan bölgələrindən qaynaqlanan aşıq havaları, dastan parçaları və klassik aşıq nümunələri səsləndirilir.
 

Tədbirdə tanınmış aşıqların ifasında Qərbi Azərbaycanın unudulmaz saz havaları, zəngin şifahi xalq yaradıcılığı nümunələri və milli-mənəvi dəyərlərimizi əks etdirən musiqi kompozisiyaları təqdim olunacaq. Konsert proqramı həm musiqisevərlər, həm də aşıq sənətinin tədqiqatçıları üçün maraqlı və yadda qalan mədəni hadisə olacağı gözlənilir.


“Milli musiqi kimliyimiz” layihəsi çərçivəsində həyata keçirilən bu tədbir, eyni zamanda, Qərbi Azərbaycan mövzusunun mədəni müstəvidə yaşadılmasına, tarixi-mədəni yaddaşın gücləndirilməsinə və milli kimliyin musiqi vasitəsilə ifadəsinə xidmət edir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir və Azərbaycan Aşıqlar Birliyi tərəfindən tərəfdaş qismində dəstəklənir. (Mənbə: sia.az)


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin