Azərbaycanda ədəbi mühitin inkişafı üçün yeni LAYİHƏ TƏSİS EDİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda ədəbi mühitin inkişafı üçün yeni LAYİHƏ TƏSİS EDİLƏCƏK

590783

“Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsi təsis ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
 

Belə ki, 2026-2030-cu illərdə Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsi hazırlanaraq icra ediləcək.


Həmçinin, Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi əqli mülkiyyət hüquqlarının qorunması təmin edilməklə təsis və icra ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin