Amerika filmi Nizami Gəncəvinin bu misraları ilə başlayır

Hazırda oxunan: Amerika filmi Nizami Gəncəvinin bu misraları ilə başlayır

589582

2025-ci ilin dekabrında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika trilleri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı ilə başlayır.

Bizim.Media Azərtac.az-a istinadən xəbər verir ki, “Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” (In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), — deyə sitatda bildirilir. 

Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidi dərhal ön plana çıxarır.

Rejissor Co Karnahanın ekran işi 2010-cu ildə nəşr olunmuş Şuyler və Ceri Lonqmanın “Ümidsiz deyil” (Not Without Hope) kitabı əsasında çəkilib. Süjetin mərkəzində Meksika körfəzində güclü fırtına zamanı balıqçı qayığının qəzaya uğramasından sonra açıq dənizdə qalan dörd dostun real hekayəsi dayanır. Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatı nəticəsiz qalır və həmin şəxslər həyat uğrunda mübarizəni özləri aparmalı olurlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin