“Ötən il Xızıya gələn güclü sel vaxtilə Mikayıl Müşfiqin atası ilə birgə əkdiyi 3 qovaq ağacını da aparıb. Onlar bunu birgə əkmişdilər”.
Bu açıqlamanı Sumqayıtda yaşayan şairə Ofeliya Babayeva Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə 6 aylığında anasını və bir müddət sonra atasını itirən Mikayıl Müşfiqin həyatı kimi, adına salınan xatirə muzeyi də sel sularından xeyli ziyan çəkib.
Ondan yadigar qalan 3 qovaq ağacını isə sel suları aparıb. Xeyirxah adamların, Müşfiqsevərlərin saldığı körpü və hasar güclü sel nəticəsində yuyulub gedib.
Ofeliya Babayeva bununla belə hər il ölkənin müxtəlif yelərindən Müşfiqin doğum və anım günlərində yüzlərlə Müşfiqsevərin Xızıya axın etdiyini deyib.
Ətraflı videoda:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































