"Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi" - VİDEO

Hazırda oxunan: "Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi" - VİDEO

585951

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir çox müəllimin işdən çıxarılmasından danışıb.

Bizim.Media “Axşam.az”a istinadla xəbər verir ki, xanəndə bu haqda "Tarixin bir günü" proqramında danışıb. M.İbrahimov bunun səbəbini isə belə izah edib:

"Dövlətin qanunlarını biz yazmırıq. Bu il bizdə xeyli insan işdən çıxarıldı. Çünki magistratura təhsilləri yox idi. Təhsil Nazirliyindən gələn göstərişdir, qanundur. Konservatoriyada müəllim işləmək üçün bütün ali təhsil olmalıdır. Fəxri adı olan olur, amma təhsili olmayan yox".

Qeyd edək ki, M.İbrahimov konnservatoriyanın Muğam kafedrasının müdiridir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin