Gürcüləri ölümdən xilas edən Rahib Məmmədovun həyatı film oldu - FOTO 

Hazırda oxunan: Gürcüləri ölümdən xilas edən Rahib Məmmədovun həyatı film oldu - FOTO 

58450

Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan kinorejissoru və ssenaristi, əməkdar incəsənət xadimi Cahangir Zeynallının 1987-ci ildə çəkdiyi "Əbədiyyət yolu" filmi nümayiş etdirilib. 

Bizim.Media xəbər verir ki, tədbir Rahib Məmmədovun və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Film Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. 

Xatırladaq ki, Rahib Məmmədov Sovet Ordusunda xidmət etdiyi zaman 1987-ci ilin fevral ayının 2-də Gürcüstan respublikasının Xobi rayonunun Çaladidi kəndində baş verən təbii fəlakət zamanı xidməti tabeliyində olan zirehli döyüş maşınıyla 28 nəfəri ölümdən xilas edib. Daha bir neçə nəfəri xilas etmək istəyərkən qəhrəmancasına həlak olub. 

"Əbədiyyət yolu" filmi onun həlak olmasının ildönümü münasibətilə yenidən nümayiş etdirilib. 

Sənət əsərinin senari müəllifi və rejissoru Cahangir Zeynallı, operatoru Tofiq Sultanov və Azər Salayev, bəstəkarı Firəngiz Əlizadə, səs operatoru Marat İsgəndərovdur.  
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev Rahib Məmmədovun qəhrəmanlığı haqda danışıb və onun bu şücaətinin Azərbaycan və Gürcüstan xalqları arasında qədim dostluq bağlarının daha da möhkəmlənməsində mühüm rol oynadığını söyləyib.  

Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin