Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

Hazırda oxunan: Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

582481

Noyabrın 26-da Qazaxıstanda Türküstan Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, sərgidə Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) üzvü olan Hədəf Nəşrləri, XAN Nəşriyyatı və Altun Kitab Nəşriyyatı da öz stendləri ilə iştirak edirlər.

Sərgiyə fəxri qonaq kimi qatılan ANAİB İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, kitab milli kimliyin qoruyucusu və mədəniyyətimizin ipək yoludur.

 

“Bu festival yalnız kitab təqdimatı deyil, türk dünyasının ortaq mədəni xəritəsinin yenidən çəkilməsi, oxucularla nəşriyyatlar arasında körpünün qurulmasıdır. Festival türk dünyasının sözə, kitaba və mədəniyyətə olan sevgisinin bayramıdır”, – deyə Şəmil Sadiq öz çıxışında vurğulayıb.


Türk dünyasının filosof şairi, azərbaycanlı mütəfəkkir Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fəlsəfəsini xatırladan Şəmil Sadiq tədbiri Azərbaycan nəşriyyatlarının və türk dünyası oxucularının mədəni əlaqələrini möhkəmləndirən, fikir mübadiləsinə imkan yaradan və gələcək üçün yeni əməkdaşlıq imkanlarını açan mühüm platforma kimi dəyərləndirib.

Sərgi çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan stendini ziyarət edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin