Prezidentin qızları və gəlini sərgidə - FOTO

Hazırda oxunan: Prezidentin qızları və gəlini sərgidə - FOTO

581382

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə noyabrın 18-də tanınmış özbək miniatür ustası Cahangir Aşurovla görüş və ustad dərsi keçirilib, daha sonra isə sənətkarın əsərlərindən ibarət sərgi açılıb.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva, eləcə də sənət adamları tədbirdə iştirak ediblər.

Bakı Fotoqrafiya Evində keçirilən görüş zamanı Cahangir Aşurov iştirakçılarla yaradıcılıq təcrübəsini bölüşüb, iş texnikasını nümayiş etdirib və sualları cavablandırıb.
 

Tədbirdə rəssamlar, dizaynerlər, incəsənət araşdırmaçıları və sənətsevərlər iştirak edərək miniatür sənətinin incəliklərini yaxından tanımaq və onun sehrini hiss etmək imkanı əldə ediblər.



Daha sonra Bakı Fotoqrafiya Evindəki sərgi zalında Cahangir Aşurovun “Şərq miniatürü: Zamanla səyahət” sərgisinin açılış mərasimi təşkil olunub.

Sərgi miniatür sənətinin zəngin tarixini izləyicilərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin