Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üzrə aparılan yenidənqurma prosesibdə planlaşdırılan "Kinopark" layihəsi çərçivəsində Cəfər Cabbarlının heykəlinin restavrasiyası da nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq:
"Məqsəd heykəlin gələcək "Kinopark" məkanında mərkəzi bir mədəni-simvolik element kimi qorunmasıdır. "Kinopark" layihəsi kinostudiyanın ictimai və yaradıcı potensialını genişləndirən ayrıca bir konsepsiyadır.
Burada həm tematik sərgi və ekspozisiya zonalarının, həm də açıq hava kino məkanlarının, təhsil və seminar səhnələrinin, gənc kino peşəkarları üçün yaradıcı emalatxanaların təşkili nəzərdə tutulur. Konsepsiya həm kino tarixinin nümayişini, həm də müasir kino prosesinə dəstək verən canlı, interaktiv bir mühitin yaradılmasını hədəfləyir".
Bizim.Media




























































































