Yadigar Muradovun beyninə qan sızdı

Hazırda oxunan: Yadigar Muradovun beyninə qan sızdı

581055

“Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik”.

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, atası Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülüb.

“İndi ilk iş insultun nəticələrini aradan qaldırmaqdır. Atamın bədəni bərpa olunmalıdır ki, onu ikinci dəfə əməliyyat edə bilsinlər. Vəziyyəti çox ağırdır, nə danışa, nə də hərəkət edə bilir.
 

Gözlərini açıb ətrafa baxır, amma reaksiya verə bilmir. Atam bu gün Allahın ümidinə qalıb, yalnız onun lütfü ilə həyata qayıda bilər. Həkimlər əllərindən gələni edirlər”.


Qeyd edək ki, 66 yaşlı aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurdu. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin