Azərbaycanda tarixi filmlərin çəkilişi üçün xüsusi pavilyonlar yaradılacaq

Hazırda oxunan: Azərbaycanda tarixi filmlərin çəkilişi üçün xüsusi pavilyonlar yaradılacaq

580184

“Yeni istiqmətlərdən biri Mədəniyyət Nazirliyi tərəfindən tarixi filmlərin çəkilməsidir.

Tarixi filmlərin çəkilməsi ilə bağlı kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Eyni zamanda, Türkiyənin təcrübəsini araşdırmaq üçün bir neçə gün öncə Kino Agentliyi tərəfindən bir sıra tarixi filmlərin çəkildiyi pavilyonlar ziyarət olunub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin