Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

Hazırda oxunan: Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

579662

TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq.

Bizim.Media xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev apa.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır:
 

“Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır. Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”.


Sultan Raev əlavə edib ki, Forumdan əlavə Azərbaycanda müxtəlif şəhərləri əhatə edəcək mədəni tədbirlər də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin