Şamil Əliyevin Çölçü filmi “İnternational Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə Platinum mükafatına layiq görülüb.
ANS PRESS-in məlumatına görə, festival İndoneziyanın Cakarta şəhərində sentyabrın 24-də, Planet Hollywood Cinema XXI kino salonunda baş tutub. Müsabiqəyə 30 ölkədən 225 film seçilib. Filmlər Platinum və Gold olmaqla, 2 bölmədə mükafatlandırılıb.
































































































