Rus Dram Teatrında 3 aktyorun COVİD-19 a yoluxması səbəbi ilə tamaşaların ləğv olunması haqqında oxucularımıza məlumat vermişdik.
Teatrın hazırki fəaliyyətinin necə təşkil olunması barədə Bizim.Media olaraq Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdən açıqlama aldıq.
MÖVZU İLƏ BAĞLI:
Rus dramasında “Stalin” tamaşasına qadağa qoyuldu – Yazıçı Elçindən ÖZƏL AÇIQLAMA
Onun sözlərinə görə, karantin müddəti bitənə qədər teatrın qapıları tamaşaçılara qapalı olacaq:
"Rus Dram Teatrı 2 həftə fəaliyyət göstərməyəcək. Karantin müddəti bitdikdən sonra qaldığımız yerdən davam edəcəyik".
Ədalət Hacıyev alınan biletlərin aqibəti barəsində də məlumat verib:
"Tamaşaçılar alınmış biletləri kassaya yaxınlaşaraq qaytara bilərlər. Həmçinin alınmış biletlər növbəti tamaşalar üçün də məqbul sayılacaq".
Səkinə Yusibli, Bizim.Media