Şuşada dəfn edilən iki ədibimizin məzarı tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını aşkarlayıblar.
Qeyd edək ki, hər iki qəbir erməni vandalları tərəfindən dağıdlıb.
Xatırladaq ki, Azərbaycanın görkəmili şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşada doğulub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Qasım bəy Zakir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Şair 1857-ci ildə elə Şuşada da vəfat edib.
Digər azərbaycanlı şair də 1836-cı ildə Şuşada anadan olub, 1912-ci ildə Şuşada vəfat edib.
Bizim.Media