Qürbətdə dəfn olunan Azərbaycanın dahi şəxsiyyətləri - ADLAR

Hazırda oxunan: Qürbətdə dəfn olunan Azərbaycanın dahi şəxsiyyətləri - ADLAR

52618

Tarix, ədəbiyyat kitablarından da bilirik ki, Azərbaycan çox dühanın doğulduğu diyardır. Lakin müxtəlif imperiyaların əsarət dönəmlərinə görə onlardan bəzilərinin məzarı Azərbaycanda deyil. Yəni gözünü Odlar Yurdunda açan dahi şəxsiyyətlərin bir qismi qürbətdə uyuyur.

Bizim.Media xəbər verir ki, belə şəxsiyyətlərdən biri də hər beyti kitab qədər dəyərli olan İmadəddin Nəsimidir.
 

MÖVZU İLƏ BAĞLI:

Nizami Gəncəvinin fransızca kitabı təqdim olundu


Nəsiminin qəbri terror və partlayışlara görə illərdir ki, uçuq-tökük olan Hələb şəhərindədir.

Onun məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi ilə Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb. 

Qeyd edək ki, Nəsimi Şamaxıda doğulub.

Xətib Təbriziyə XI əsrin ən böyük azərbaycanlısı deyirlər. Təbriz doğumlu olan şair 1109-cu ildə Bağdadda ölüb. 

Məzarı başqa ölkədə olan azərbaycanlılar arasında Nəsrəddin Tusi, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Almas İldırım, “Sən mənimsən, mənimsən durduqca bədəndə can, yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan!” misralarının müəllifi Gültəkin də var.

Bundan başqa, Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Mirzə Kazım bəy, Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədovu da siyahıya daxil etmək olar.

Növbəti yazılarda sadalanan şəxslərin hər biri barədə ətraflı məlumat verəcəyik. Bizimlə qalın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin