Azərbaycan və Ermənistan ziyalılarının Moskva görüşünün DETALLARI - Hansı məsələlər müzakirə olunub?

Hazırda oxunan: Azərbaycan və Ermənistan ziyalılarının Moskva görüşünün DETALLARI - Hansı məsələlər müzakirə olunub?

52524

Azərbaycan və Ermənistandan olan bir qrup ziyalının Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşdüyü barədə xəbər vermişdik.

Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı isə İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.

MÖVZU İLƏ BAĞLI:

Moskvada daha bir görüş: Bu dəfə Azərbaycan və Ermənistan mədəniyyət xadimləri bir araya gəldi


Bizim.Media xəbər verir ki, Stanislavski Teatrının direktoru Marianna Mxitaryan “SputnikArmenia”ya Ermənistan və Azərbaycanın mədəniyyət xadimlərinin Moskvada keçirilən görüşünün humanitar xarakter daşıdığını bildirib.

O, təxminən iki saat yarım davam edən iclas iştirakçılarının hansı prinsiplə müəyyən edildiyini və yaxın gələcəkdə yeni oxşar tədbirlərin olub-olmayacağını bilmədiyini deyib:

"Orada Azərbaycanın da dörd nümayəndəsi, üçü kişi, biri qadın olub. Mənə elə gəlir ki, qadının olması protokolla müəyyən edilib. Onlardan üçü ali məktəblərin rektoru, biri də kinoşünas olub".

Marianna Mxitaryanın sözlərinə görə, görüş zamanı erməni tərəfi dialoqun yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya biləcəyini vurğulayıb.

Azərbaycan nümayəndələri buna belə cavab veriblər:

“Bəli, sizin vətəndaşlarınız mütləq qayıdacaqlar”. “Onlar dedilər ki, minalanmış ərazilərlə bağlı sualları var (Azərbaycan tərəfi azad edilən Qarabağ ərazilərindəki minalanmış sahələrin xəritəsini tələb edir - red.). Cavab verdim ki, münasibətlərimizdə, obrazlı desək, “minalanmış sahələr” çoxdur. İlk növbədə bu problemləri həll etmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin