Ötən gün axşamdan dünya yəhudiləri milli Xanuka bayramlarını qeyd etməyə başlayıblar. 8 gün davam edəcək bu bayramın tarixi və yəhudi xalqının inancları barədə Quba İcra hakimiyyəti başçısının Qırmızı Qəsəbə üzrə nümayəndəsi Telman Muxailov Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə, pandemiyaya görə qəsəbədəki sineqoqlar bağlı olduğundan bayramla bağlı dini ayinlərini evlərində icra edirlər:
“İnanca görə, yerli sakinlər hər axşam Xanikua adlanan xüsusi şamdanda şam yandırırlar. Bayram günlərində yalnız süd və kartofdan hazırlanmış yeməklər süfrəyə qoyulur”.
Telman Muxailov Xanukanın yaranma tarixindən və bayramda niyə məhz 8 şam yandırılmasından da söz açıb:
"Eramızdan əvvəl 165-ci ildə Yunan ağalığına qarşı mübarizə aparan Makovey yəhudi sülaləsi 3 ilə yaxın mübarizələrini davam etdiriblər. Nəhayət, əsarətdən qurtulan yəhudilər sevinclərini şam yandıraraq bayram etməklə ifadə ediblər. Qaldı ki, Xanukada hansı inancdan 8 gün şam yandırılmasına, burada Telman Muxailovun qənaətinə görə, əsl möcüzə baş verib. Qədimdə şamı yandırmaq üçün xüsusi yağdan istifadə edilirmiş. Yəhudilərin şadyanalığında cəmi bir gecəlik yağ ehtiyatı qalıbmış.
Qüds məbədində bir gecəlik şam yandıranda sanki möcüzə baş verir. Yağ ehtiyatı tükənmir. Yunanların əsarətindən qurtaran yəhudilər 8 gecə 8 şam yandırmağa müvəffəq olurlar.
Beləcə, Xanuka bayramının təməli qoyulur və yəhudilər azadlıq, qurtuluş bayramlarını hər il noyabr-dekabr aylarında qeyd etməyə başlayırlar. Yəhudilərin Kuslev təqviminin 25-ci günündən bayramın təməli qoyulub. Dünyanın müxtəlif yerlərində və eləcə də Azərbaycanın Bakı şəhərində, Oğuz, Qəbələ, Quba və digər rayonlarında yaşayan yəhidilər noyabrın 28-dən dekabrın 6-na kimi milli Xanuka bayramlarını qeyd edirlər. Pandemiyaya görə bayram kütləvi şəkildə deyil, fərdi qaydada ailə daxilində keçirilir”.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:28 / 29.11.2021
Yəhudilərin möcüzədən yaranan Xanuka bayramı başladı - FOTO
Hazırda oxunan: Yəhudilərin möcüzədən yaranan Xanuka bayramı başladı - FOTO
Hazırda oxunan: Yəhudilərin möcüzədən yaranan Xanuka bayramı başladı - FOTO
48237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.