\"Türk dünyası və Avropa Nizami Gəncəvidən ilhamlanıb\" - Anar Kərimov

Hazırda oxunan: \"Türk dünyası və Avropa Nizami Gəncəvidən ilhamlanıb\" - Anar Kərimov

47424

"Azərbaycan xalqı Nizami Gəncəvinin mirasına hər zaman sadiq qalıb və belə də davam edəcək".

Bizim.Media xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvinin 880 illiyi yubileyi münasibətilə keçirilən forumda qeyd edib. Onun sözlərinə görə Nizami Gəncəvi bizim üçün körpü rolunu oynayıb, xalqları və mədəniyyətləri birləşdirib:
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyətlər arasında KÖRPÜ - Nizami Gəncəvi ilinə START verildi


"Dahi mütəfəkkir bu gün unikal olan multikultural dəyərləri məhz XII əsrdə tərənnüm edirdi. Nizami Gəncəvi bütün türk dünyası coğrafiyası və Avropanın ilham mənbəyidir.

Ən məşhur dünya mütəfəkkirləri Nizami Gəncəvinin əsərlərindən bəhrələnib. Azərbaycan bəstəkarları da faktiki olaraq Nizami Gəncəvidən ilhamlanaraq möhtəşəm əsərlər yaradıblar".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin