Leyla Əliyevanın adından bayram

Hazırda oxunan: Leyla Əliyevanın adından bayram

47137
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilib.

Rusiya paytaxtının bu məşhur tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilib.
Klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndirirdi. Estrada artistləri əlvan şarlardan və toplardan istifadə etməklə balacalar üçün maraqlı oyunlar, sabun qovuqcüqları şousu təşkil etmişdilər. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə "Sehirli çiçək" adlı musiqili tamaşa göstəriblər.

Elmi-praktiki mərkəzin direktor müavini professor Timur Şaroyev xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ağır xəstəliklər keçirmiş uşaqların reabilitasiyasında hər bir təbəssüm, hər bir xoş söz dəyərlidir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları tez-tez bu müalicə müəssisəsində olurlar. Klinikanın tibbi heyəti nümayəndəliyin rəhbəri Leyla Əliyevanın buraya səfərlərini hərarətlə xatırlayırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti sonuncu dəfə elmi-praktiki mərkəzdə olarkən uşaqlara palliativ tibbi yardım sahəsində əməkdaşlıq məsələsi Mərkəzin professoru Andrey Pritıko ilə müzakirə edilib.





















































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin