Şuşada beynəlxalq film festivalı keçiriləcək

Hazırda oxunan: Şuşada beynəlxalq film festivalı keçiriləcək

45791

“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə-red), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, - deyə səfir bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada ölümlə üz-üzə - “Əlimizdə silah da olurdu” – Filmin rejissorundan qorxulu anların TƏFƏRRÜATI


Qeyd edək ki, "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.

Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib. (Report)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin