Tədbirdə dirijor Cavad Tağızadənin rəhbərliyi altında Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılmış “Simfonietta” оrkestrinin ifasında maraqlı konsert proqramı təqdim ediləcək.
Gecədə görkəmli maestronun həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, onun bir insan və musiqiçi kimi göstərdiyi xidmətlərindən bəhs olunacaq.
Tədbirdə iştirak edən qonaqlar M.Rostropoviç ilə bağlı maraqlı xatirələrini bölüşəcək, maestronun şəxsi əşyaları və fotoşəkillərindən hazırlanmış sərgi ilə tanış olacaqlar.
































































































