Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Aida” operasını izləyib.
Bizim.Media xəbər verir ki, britaniyalı səfir bu barədə “Twitter” hesabında paylaşım edib.
“Bu axşam "Aida" operasını izlədim. Nə möhtəşəm idi!” – deyə Ceyms Şarp vurğulayıb.
Qeyd edək ki, italyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi “Aida” 4 pərdəli operadır.
Bizim.Media
Bu axşam "Aida" operasını izlədim. Nə möhtəşəm idi! pic.twitter.com/qyXd6r4XTY
— James Sharp (@JamesSharpFCDO) October 30, 2021