Haaqa şəhərinin “Valliant” teatrında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xatirə Sərdarqızının müəllifi olduğu “28” filminin təqdimatı olub.
Bizim.Media xəbər verir ki, filmin təqdimatında ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, yerli ictimaiyyətin, eləcə də bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva açaraq film haqqında qısa məlumat verib.
Səfir Fikrət Axundov Azərbaycan, xüsusilə də onun mədəniyyət paytaxtı olan Şuşa haqqında danışıb.
Filmin müəllifi Xatirə Sərdarqızı doğma şəhərinə 28 illik həsrətindən söz açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun azad etdiyi torpaqlarımıza, uşaqlıq xatirələrini qoyduğu Şuşadakı evlərinə qayıdışından danışıb. 28 illik həsrətdən sonra döndüyü doğma şəhərinə ilk gəlişində keçirdiyi hissləri bölüşüb.
Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb, filmi seyr edənlər təəssüratlarını bölüşüblər.
Tədbir Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında muğam konserti ilə davam edib.
Bizim.Media