“Məni Şuşaya aparmırlar, elə bil heç yoxam” – Xalq artistindən ŞİKAYƏT

Hazırda oxunan: “Məni Şuşaya aparmırlar, elə bil heç yoxam” – Xalq artistindən ŞİKAYƏT

40865

“Mən “Qaya” ansamblının üzvü olmuşam, əvəzolunmaz Rəşid Behbudovla çalışmışam. İndi baxıram hamı Şuşaya gedir, konsert verir. Ancaq məni bir dəfə də olsa ora dəvət etmirlər. Elə bil, məni heç kəs tanımır, əlaqə nömrəm heç kimdə yoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, cazmen Cavan Zeynallı deyib. O, Şuşanın mədəniyyət paytaxtı elan olunmasından qürur hissi keçirdiyini, lakin bir dəfə də olsa ora səyahət etmək üçün dəvət almadığını təəssüf hissi ilə qeyd edib. 

O, ən böyük arzusunun Şuşada caz festivalının keçirilməsi olduğunu da deyib.

“İnanıram ki, bir gün mədəniyyət paytaxtımızda caz festivalı keçiriləcək və mən də orada ən gözəl mahnılarımı ifa edəcəyəm”.
 

Söhbət əsnasında C.Zeynallı keçdiyi sənət yolundan, repertuarının rəngarəngliyindən də söz açıb. O, bildirib ki, çox vaxt buna görə həmkarları tərəfindən qısqanclıqla da qarşılaşıb.


“Mən neçə illərdir bu sənətin içində qaynayıram. Hər zaman repertuarımda bütün janrlarda olan musiqilərə yer verərək estrada, xalq mahnıları da ifa etmişəm. Buna görə, hətta sənət yoldaşlarım tərəfindən qısqanclıqla, paxıllıqla da qarşılaşmışam. Onlar mənim bütün janrlarda ifa edə bilmək istedadıma hər zaman paxıllıq ediblər.  Elə bu səbəbdən də  hazırda köhnə cazmen həmkarlarımın heç biri ilə əlaqəm yoxdur, onlarla danışmıram”.

Xalq artisti hazırda gənclərin caz musiqisinə marağının olmadığını, bu  janrın get-gedə unudulduğu barədə də ürək ağrısı ilə danışıb.

“60-90 ci illərdə caz musiqisi çox məşhur idi. Bizim bu sahə ilə məşğul olan çox istedadlı musiqiçilərimiz var idi. Lakin 2000-ci illərdən sonra sanki bu sahəyə maraq itdi. Son illər isə demək olar ki, caz musiqisi unudulub. Gənc musiqiçilərimiz bu janrdan üz döndərib. Bu sahədə heç bir inkişaf, irəliləyiş yoxdur”.

Sonda Cavan Zeynallı tezliklə caz musiqisinə yeni nəfəs gələcəyini, gənc musiqiçilərin maraq dairəsinə çevriləcəyinə də inandığını qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin