Sənubər İsgəndərli dərdini danışdı: “18 aydan sonra ilk dəfə...”

Hazırda oxunan: Sənubər İsgəndərli dərdini danışdı: “18 aydan sonra ilk dəfə...”

39664

“Bu gün ilk dəfə 18 aydan sonra səhnəyə çıxdım”.

Bu sözləri Beynəlxalq Ahıllar Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində “23:59 qatarı” tamaşasının təqdimatından sonra Bizim.Media-ya açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib.

“Mənim üçün fərqi yoxdur ki, bu hansı səhnədir. Ora qonaq kimi, yoxsa aktirisa kimi çıxıram. 18 aydan sonra ilk dəfə səhnəyə çıxdığım üçün demək istədiyim sözləri də unutdum və amma bu gün burada olmaq mənim üçün çox xoş oldu”

Sənubər İsgəndərli hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirdiyini və “Xəzər” televiziyasında veriliş apardığını da qeyd edib. Bildirib ki, bundan başqa serial təklifi var və onu dəyərləndirmək üzrədir: 

“Amma hazırda əsas fikrim teatrdadır. Yeni tamaşalar olmalıdır. Düzdür teatrımızda hələ yeni tamaşalar yoxdur, köhnələrinin bərpası ilə məşğuluq, amma şükür ki, yenidən səhnəyə qayıtmışıq”. 

Ötən pandemiya müddəti isə heç də əməkdar artist üçün asan keçməyib: 

“Pandemiyada teatrımı itirdim, dost itkilərimiz oldu, həmkarım Əjdər Həmidov dünyasını dəyişdi. Əsəb qazandım. Amma hər şeyin üstündən xətt çəkən, bütün kədərləri unutduran Böyük Qələbəmiz də var. 44 günlük müharibə Şəhidlərimizin kədəri ilə yanaşı uzun həsrətə də son qoydu, Qarabağa, Şuşaya qovuşduq”.

Xatirə Nəsirli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin