Xınalıq kəndi xarici mətbuatda

Hazırda oxunan: Xınalıq kəndi xarici mətbuatda

39396
Daşkənddə özbək dilində 150 min tirajla yayımlanan “Darakçi” qəzetində tanınmış jurnalist Rüstəm Cabbarovun Xınalıq kəndi haqqında “Xınalıq - zamanı dayandıran məkan” sərlövhəli geniş məqaləsi dərc edilib.

Məqalədə, Azərbaycanın Quba rayonunun ərazisində, Bakıdan 225 kilometrlik məsafədə, dəniz səviyyəsindən 2350 metr yüksəkdə yerləşən Xınalığın nəinki Azərbaycanda, bütün Cənubi Qafqazda sirli və özünəməxsus xüsusiyyətləri olan kənd kimi tanındığı bildirilib. 

Qeyd olunub ki, rayon mərkəzindən Xınalığa sıldırım dağlardan keçən yol 2006-cı ildə çəkilib və yerli əhali tarixən sənətkarlıq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənddəki küçələr, kəndarası yollar 100 il əvvəl necə idisə, bu gün də eləcə qalır. Kənddə milli paltarlarda at minən cavanlara hər an rast gələ bilərsən.

Yazıda həmçinin, tarixçilərin Xınalığın 5 min il tarixi olduğunu yazması vurğulanıb. Təqribən 2 min əhalisi olan Xınalıq kəndinin sakinləri dünyanın heç bir yerində işlədilməyən xınalıq dilində danışır. 

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanın kütləvi informasiya vasitələrində Azərbaycan haqqında elan etdiyi ən yaxşı məqalə müsabiqəsinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin