Azərbaycanın ilk zəfər filmi çəkilib

Hazırda oxunan: Azərbaycanın ilk zəfər filmi çəkilib

38987

Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunan ikiseriyalı film istehsal olunub. 

Bizim.Media xəbər verir ki, “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir. 

Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır. 

Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb. 

Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər. 

“Beşatılan”ın 1-ci bölümünə senytabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də Mədəniyyət TV-də baxa bilərsiniz. Filmi canlı olaraq Mədəniyyət TV-nin feysbuk səhifəsindən də izləyə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin