Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçirilib.
Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının son tədbirində mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Opera İnciləri” təqdim edildi - FOTO
Tamaşada əsas partiyaları Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka (Violetta) və Xalq artisti Samir Cəfərov (Alfred) ifa ediblər.
Həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış ediblər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.
Bizim.Media