Üzeyir musiqisinin sədaları Şuşa dağlarında - FOTO

Hazırda oxunan: Üzeyir musiqisinin sədaları Şuşa dağlarında - FOTO

37577

Sentyabrın 18-də ilk dəfə Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Günü keçirilib. 

Bizim.Media xəbər verir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşada uzun illər tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib.

Onların arasında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir.  

Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb. 

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir, bu dəfə Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin