Polad Bülbüloğlunu Şuşada gördüyü bu mənzərə incidib - "Çox çətin sınaq idi"

Hazırda oxunan: Polad Bülbüloğlunu Şuşada gördüyü bu mənzərə incidib - "Çox çətin sınaq idi"

37541

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak üçün Şuşaya səfər edib. 

Bizim.Media xəbər verir ki, Polad Bülbüloğlu yerli mediaya açıqlamasında ata evini dağılmış halda görməyin çətin olduğunu bildirib: 

“Ömür-gün elə gətirib ki, mən bura 2007-ci ildə və 2009-cu ildə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə mən də, Fərhad Bədəlbəyli də tamam ayrı hislər keçirirdik. Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi. Allaha şükür ki, bu günü də gördük.
 

Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Keçən il bu vaxt bizim yuxumuza da gələ bilməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik”. 


Polad Bülbüloğlu Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulacağını bildirib:

“Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Üzeyir Hacıbəylinin heykəli təzədən qoyulacaq. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bir bayramdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin