Üzeyir Hacıbəyli ilə bağlı yeni fakt ÜZƏ ÇIXDI – FOTO 

Hazırda oxunan: Üzeyir Hacıbəyli ilə bağlı yeni fakt ÜZƏ ÇIXDI – FOTO 

37535

Bu gün doğum günü olan Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı maraqlı fakt ortaya çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Müsəllim Həsənov sosial şəbəkə hesabında paylaşım edib. 

O qeyd edib ki, Üzeyir Hacıbəyov 1937-ci ildə deputat seçiləndə onun əleyhinə kifayət qədər ciddi kompramat toplanıbmış.  

Həmin il dekabrın 12-də SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə deputatlığa namizədlər sırasında Üzeyir Hacıbəyov da olub. Onun seçilməsinə mane olmaq istəyənlər noyabr ayında Filarmoniyanın Həmkarlar Komitəsinin sədri Akopyan Mərkəzi Seçki Komissiyasına ərizə yazır ki, siz kimi deputat seçirsiniz? Hacıbəyov Müsavat dövründə qəzet redaktoru olub, qardaşı Parisdə yaşayır və s. Bundan sonra Konservatoriyanın partiya təşkilat katibindən ərizə daxil olur. 
 

Seçkilərə 11 gün qalmış, dekabrın 1-də  xalq daxili işlər komissarı Sumbatov Ü.Hacıbəyov haqqında kompramat barədə Mərkəzi Komitənin bürosunda məruzə edir. Bundan sonra, onun namizədliyinin geri götürülməsi barədə məsələ qaldırır. 



Mərkəzi Komitənin bürosunun qərarı isə belə olur: 

“Hacıbəyovun nəhəng bəstəkar kimi populyarlığını və ən yaxşı musiqi əsərlərindən birinin - “Koroğlu” operasının müəllifi olduğunu nəzərə alaraq onun namizədliyi hələlik siyahıdan çıxarılmasın”. 

Həmin qərarın altındakı imza Azərbaycan Kommunist Partiyası MK-nın I katibi Mir Cəfər Bağırova məxsus olub. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin