Ukraynalı ifaçı Polina Dessiatniçenko “Bayatı-Şiraz” muğamını ifa edib.
Bizim.Media xəbər verir ki, o, videonu sosial şəbəkə hesabında yayımlayıb.
Kanadada yaşayan ukraynalı xanım muğamı Azərbaycanın milli aləti olan tarda ifa edib. Onun peşəkar ifası izləyicilər tərəfindən çox bəyənilib.
Polina bununla Azərbaycana öz dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, 2012-ci il dekabrın 5-i Azərbaycanın milli musiqi aləti tar YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.
Sözügedən videonu təqdim edirik:
Vüsalə Balayeva. Bizim.Media