Daşkənddə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb.
Bizim.Media xəbər verir ki, A.Kərimov özünün rəsmi tvitter səhifəsində bu barədə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
“28” filmi 120 ölkənin iştirak etdiyi beynəlxalq festivalda - FOTO
Görüşlərdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq və digər birgə layihələr müzakirə edilib.
Həmçinin iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlasması kimi məsələlər üzrə razılaşılaşdırılma aparılıb.
Bizim.Media
Özbəkistanın Baş Nazirinin müavini Əziz Əbduhakimov ilə görüşdüm və iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlasması kimi məsələlər üzrə razılaşdıq pic.twitter.com/PTibcFcfSG
— Anar Karimov ?? (@Anar_Karim) September 16, 2021