İlhamə Quliyevadan seçki konserti

Hazırda oxunan: İlhamə Quliyevadan seçki konserti

34367
Xalq artisti İlhamə Quliyevanın Prezident seçkiləri ilə bağlı təbliğat konsertlərində iştirakı davam edir. 


Moderator.az xəbər verir ki, bu barədə xalq artistinin mətbuat katibi Tahirə Məmmədqızı məlumat verib. İlham Əliyevi dəstəkləyən Şöhrət ordenli İlhamə Quliyeva bu gün də Şirvan şəhərində konsert proqramı ilə çıxış edib. Böyük sənətkar Şirvanlılar qarşısında maraqlı repertuarla çıxışı etməklə yanaşı, Cənab İlham Əliyevi dəstəklədiyini də xüsusi şəkildə vurğulayıb. Xalq artisti bundan sonra da təşkil edilən təbliğat konsertlərinə qatılacağını, Azərbaycanın digər bölgələrində də konsert proqramlarında çıxış edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin