Sinan Akçıl və Aygün Bakıda konsert verəcəklər

Hazırda oxunan: Sinan Akçıl və Aygün Bakıda konsert verəcəklər

33903

 Xalq artisti Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçil Bakıda konsert verəcək. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq konsert oktyabrın 16-da keçiriləcək.

Yerli telekanallardan birində qonaq olan müğənnilər konsertdən ağız dolusu danışıblar.
Türkiyənin sevilən pop ifaçısı Sinan Akçil Azərbaycandan çox konsert təklifi aldığını deyib:
“Konsert təklifləri çox gəlirdi. Nahid Emiloğlunun dəvəti maraqlı idi, mən də razılaşdım”.
Aygün Kazımova isə Sinanın Bakıya gəlişində Nahidin böyük rolu olduğunu bildirib: “Nahid Emiloğlu deyəndə ağıla ilk olaraq, gözəl təşkilatçı, konsertlər gəlir. Sinanın Bakıya gəlişində də Nahidin əməyi olub. Bizim konsertimiz çox gözəl alınacaq. Buna inanıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin