AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov rəhbəri olduğu “Qarabağ neolit-eneolit ekspedisiyası"nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələrini açıqlayıb.
İnstitutdan Bizim.Media-ya verilən xəbərə görə, abidə 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir.
Hündürlüyü 6,4 m, sahəsi 0,9 ha olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar, bu il də davam etdirilib.
Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib.
Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələr Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:25 / 23.08.2021
Lələtəpədə neolit dövrünə aid tikintinin qalıqları aşkarlandı - FOTO
Hazırda oxunan: Lələtəpədə neolit dövrünə aid tikintinin qalıqları aşkarlandı - FOTO
Hazırda oxunan: Lələtəpədə neolit dövrünə aid tikintinin qalıqları aşkarlandı - FOTO
33835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.