Fəzlullah Nəiminin “Bəşarətnamə”si Azərbaycana gətirildi

Hazırda oxunan: Fəzlullah Nəiminin “Bəşarətnamə”si Azərbaycana gətirildi

33411

 AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə edib.Moderator.az-ın APA-ya istinadən  məlumatına görə, bu əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən “Bəşarətnamə” risaləsinin türkcəyə tərcüməsidir.

İndiyə kimi tədqiqatçılar Fəzlullah Nəiminin əsərləri arasında “Bəşarətnamə”nin adını çəkməyiblər. Sadə bir dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülüb. Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, “Quran” və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir.
Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı “Fütuhnamə” əsərindən kiçik bir hissə verilib.
İkinci əsər Xeyrəti adlı hürufi şairin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin