Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin Kastamonu şəhərində möhtəşəm konsert proqramı ilə çıxış etdi. Moderator.az-ın məlumatına görə, sənətçimiz bu konsert proqramında da iki qardaş ölkənin bayrağını bir arada dalğaladı. Türkiyənin bir çox böyük konsert salonlarında, şəhərlərində, dövlət tədbirlərində Azərbaycan mədəniyyətini, musiqisini təbliğ edən Azərin bir daha Türkiyə türklərini heyrətləndirə bildi.
1000-dən artıq tamaşaçının toplaşdığı konsert salonunda Azərbaycanın klassik əsərləri, türk bəstələri, xalq musiqilərimiz səsləndi. Azərbaycan sənətçisinin hər ifası böyük alqışlarla qarşılandı.


































































































