Xalq artisti və qızı Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Hazırda oxunan: Xalq artisti və qızı Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək

32703
Azərbaycanın xalq Artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək.
Moderator.az AzərTAc-a istinadən xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.

Xalq artisti sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcəkdir. 

Xarici səfərlərdə görkəmli muğam ifaçısının qızı, əməkdar artist Fərqanə Qasımova da iştirak edəcək.
Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin