“Bir vaxt deyirdilər ki, Anarı avtomatla ordan çıxaracağıq” - Xalq yazıçısı bəzi sirləri açdı

Hazırda oxunan: “Bir vaxt deyirdilər ki, Anarı avtomatla ordan çıxaracağıq” - Xalq yazıçısı bəzi sirləri açdı

32336

“Deyirlər ki, Anar əvəzedilməz adam deyil, mən də onlarla razı. Ümumiyyətlə, əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək olar, ancaq Siz 32 ildir ki, mənim əvəzimi axtarırsınız, tapmırsınız axı. Tapın da, niyə tapmırsınız? Çünki birinin istədiyini o biri qrup istəmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar APA-ya müsahibəsi zamanı deyib.

“Ona görə də deyirlər ki, qoy, elə Anar qalsın. Əgər məni yüz adam sevirsə, üç adam əleyhimədir. Bu gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000 üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr seçilmişəm. İndi kimsə mənim əleyhimədirsə, bu da təbiidir. Çünki onların təmənnaları var. Biri ad istəyir, biri mükafat, biri təqaüd... Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar”, deyə o qeyd edib.

“Bir vaxt deyirdilər ki, biz bayrağımızı Yazıçılar Birliyinə sancacağıq, Anarı avtomatla ordan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə bizə minnətdar olsunlar. Biz buranı qorumasaydıq, onlar buranı otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq”, deyə Xalq yazıçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin