“Şuşa mədəniyyətin beşiyidir” - Dünya şöhrətli musiqiçi

Hazırda oxunan: “Şuşa mədəniyyətin beşiyidir” - Dünya şöhrətli musiqiçi

31538

Hazırda vətənim ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda, Şuşada olmaqdan çox xoşbəxtəm.

Bizim.Media bildirir ki, bu fikirləri dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfəri zamanı deyib.

O bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin inkişaf istiqamətini müəyyən etmək mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada TƏQDİMAT: “2040-cı ilə qədər şəhərdə 25 min nəfər yaşayacaq”


​​​​​​​Della Miles, həmçinin Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib:

“Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin