Mədəniyyət Nazirliyi təcrübəli kadrlar axtarır

Hazırda oxunan: Mədəniyyət Nazirliyi təcrübəli kadrlar axtarır

3151

Xəbər verdiyimiz kimi, Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu keçirilir.

Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr  və inovasiyalar sektorunun müdiri Ramil Abbəkirov Bizim.Media-ya bildirib ki, sorğunun 30 noyabr tarixində yekunlaşdırılması planlaşdırılır.

“Məqsədimiz, vətəndaşlarımızın mədəniyyətimizi  bundan sonra necə görmək istəklərini  bilmək, o təklifləri işimizdə tətbiq etməkdir. Çox köhnəlmiş bir sistem şəklində qalmışıq, istəyimiz yerli və mərkəzi idarəetməni daha müasirləşdirməkdir. Mədəniyyət sahəsində idarəçiliyin müasirləşməsi deyəndə, yaşlı bir əməkdaşın gənc birisi ilə əvəzlənməsi nəzərdə tutulmur, kadr potensialının daha da inkişaf etdirməkdən söhbət gedir”.

Müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulmasında İtalyanın tərcürbəsinə  də  yer veriləcək.

“Çünki bizim Avropa İttifaqına daxil olan ölkələrlə  layihələrimiz olub. Bu layihə çərçivəsində onların   təcrübəsi bizə maraqlı gəldi. Daha  sonra Azərbaycan Diplomatik Akademiyası ilə olan layihəmiz çərçivəsində  Çin, Ukrayna, Litva, Estoniyanın da mədəniyyət sahəsində olan təcrübəsi də maraq dairəmizdədir."

"UNESCO  çərçivəsində müxtəlif tərcürbələr varki, bu praktikanı da strategiyamızda  tətbiq edə bilərik”.

İşğalda azad olunan ərazilərimizin mədəni həyatının bərpasından danışan sektor müdiri Qarabağ  ərazisində ixtisaslaşmış və təcrübəli kadrların cəlb olunacağını da bildirdi:

“Fikrimiz Qarabağ mədəniyyətini yaxşı bilən insanları cəlb etməkdir."

Təbii ki,  təcrübəsiz insanları ora göndərməyəcəyik. Biz diqqət  etməliyik bu kadrlar  dağılmış, yerlə-yeksan olmuş mədəniyyətimizi düzgün istiqamətdə bərpa etsinlər”.

Gülşanə Mustafayeva, Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin