Şən bakılı oğlanların kədərli AQİBƏTİ – Ürəkləri ilə sınağa çəkildilər...

Hazırda oxunan: Şən bakılı oğlanların kədərli AQİBƏTİ – Ürəkləri ilə sınağa çəkildilər...

272999

Bu da qəribə bir mistik təsadüf – infarkt riskinin azaldılması, bu sahədə maarifləndirilmə aparılması, insanların öz ürəyi ilə barışıq yaşaması üçün təsis olunan Ümumdünya Ürək Günündə daha bir sevilən aktyorumuz ürək tutmasından dünyasını dəyişdi. Şən və Hazırcavablar Klubunun tanınmış üzvü, əməkdar artist Cabir İmanov bu gün idman zalında infarkt keçirərək dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Cabir İmanov vəfat etdi


Hər birimizin daim sağlam, gülərüz, şən gördüyümüz bu adamın qəfil ölümü həqiqətən də onu sevənləri sarsıtdı.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarında polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmiş C.İmanov həm də DTX Mədəniyyət mərkəzinin rəisi olub. Xalqın ürəyində isə Eliş, Ağanatiq obrazları ilə taxt qurub.

Buna qədər isə həmin şən oğlanlardan olan – komandanın kapitanı Anar Məmmədxanov kəskin ürək qan-damar çatışmazlığı, ürəyin işemik xəstəliyi diaqnozundan 2011-ci ildə dünyasını dəyişmişdi. Həmçinin Milli Məclisin deputatı olan Məmmədxanovun gənc yaşda dünyasını dəyişməsi tamaşaçıları kədərə boğmuşdu.

Ürəyindən sınağa çəkilən daha bir KVN aktyoru Elçin Həmidovdur. 2011-ci ildə sənətçi ürək tutmasından dünyasını dəyişib.

Tamaşaçılar onu “Məhəllə” filmindəki Məzi personajı ilə tanıyırdılar. Amma onun daha əvvəl Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” əsərində Vasif Adıgözəlov və Əliağa Kürçaylının “Boşanaq, evlənərik”,  Səid Rüstəmov və Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” əsərlərinə hazırlanmış tamaşalarda da unudulmaz rolları olub.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin