Sentyabrın 25-də Azərbaycan Yazıçılar Birliyində tibb üzrə fəlsəfə doktoru, publisist, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Abbas Bağırovun (Göyçəgöl) “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən tibb elmləri doktoru İbadulla Ağayev, şairlər – Yusif Nəğməkar, Adilə Nəzər, Ramiz Qusarçaylı, eləcə də digər ədəbiyyat və elm adamları Qərbi Azərbaycanın söz və sənət dünyasına, aşıq və şairlərinin yaradıcılıq irsinə həsr olunan kitabdan bəhs edərək onun əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər bildiriblər ki, Göyçə mahalının, Nərimanlı-Hüseynquluağalı ziyalılarının bir platformada toplanması böyük bir xidmətdir, xeyirxah əməldir.
Qeyd edək ki, şərq ədəbiyyatının, aşıq poeziyasının bilicisi olan Hacı Abbas Bağırov eyni zamanda həkimdir, farmakologiya fəaliyyətilə məşğul olur. O, 1 elmi kitabın, 32 elmi əsərin, 6 tezis materialın müəllifidir. “Böyük Nərimanlılar silsiləsindən” doğma kəndinin dəyərli insanlarına, Aşıq Ələsgər və ümumiyyətlə aşıq poeziyasına həsr edilmiş 100-də çox məqalənin müəllifidir.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoda:
Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media